Böyük Dəbilqədə uğurla çıxış etmiş taekvondo üzrə Azərbaycan millisi Vətənə qayıdıb
19 dekabr 2023 894
Çinin Usi şəhərində keçirilmiş Böyük Dəbilqənin təsnifat və Çempionlar mərhələsində iki qızıl və Olimpiya lisenziyası qazanan taekvondo üzrə Azərbaycan milli komandası Vətənə qayıdıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə federasiya nümayəndələri, idmançıların yaxınları və media mənsubları iştirak ediblər.
Qeyd edək ki, hər iki medala Qaşım Maqomedov sahib çıxıb. Böyük Dəbilqədə qızıl medal qazanan ilk azərbaycanlı taekvondoçu kimi tarixə düşən idmançı həm də “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı