Bu gün Avropa Badminton Konfederasiyasının Bakıda keçirilən konqresi işinə başlayıb
21 aprel 2023 969
Konqresə açılış mərasimi start verilib.
Açılış mərasimində çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov qonaqları salamlayaraq, konqres iştirakçılarına uğurlar arzulayıb.
Ardınca böyük monitorda Azərbaycan badmintonun keçdiyi tarixi yol və nailiyyətlərini əks etdirən videoçarx nümayiş olunub.
Xatırladaq ki, 21-22 apreldə keçiriləcək konqresin gündəliyinə bir sıra məsələlər daxildir.
Konqres çərçivəsində Avropa Badminton Konfederasiyasına üzv federasiyaların forumu keçiriləcək. Avropa badminton nümayəndə heyətlərinin illik toplantısında 2024-cü ildə Parisdə keçiriləcək yay olimpiya oyunlarına hazırlıq dönəmində badminton yarışları ilə bağlı gündəmdə olan məsələlər müzakirə olunmaqla yanaşı Avropa Badminton Konfederasiyasına prezident seçkiləri keçiriləcək. Konqresin devizi inklüziv badminton olub, badmintonun hər kəs üçün əlçətanlığını tərənnüm etməkdir.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
.jpeg)


.jpeg)


