Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrənin ilk turu keçirilib
14 fevral 2023 1139
Voleybol Mərkəzində baş tutan çempionatın VII turuna “Murov” - “Neftçi” matçı ilə start verilib. Çempionatın lideri “Murov” yenə qələbəyə sevinib. Komanda 3 xalı rəqibini 3:0 (25:20, 25:19, 25:22) hesabı ilə məğlub etməklə aktivinə yazıb.
Qeyd edək ki, bu gün VII tur çərçivəsində keçirilməsi nəzərdə tutulan “Xarı bülbül” - MOİK qarşılaşması təxirə salınıb. Buna səbəb hakimlərin oyuna çıxmaqdan imtina etməsi olub.
Turnir cədvəli: “Murov” 17 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı