Bu gün Milli Olimpiya Komitəsində Özbəkistan nümayəndə heyəti ilə görüş olub
19 sentyabr 2022 1120

MOK-un vitse prezidenti Çingiz Hüseynzadə Özbəkistan Respublikasının İdmanın İnkişafı nazirinin müavini Murad İsmayilovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Özbəkistan Respublikası Prezident Administrasiyası, Hesablama Palatası və Maliyyə Nazirliyinin rəhbər işçilərinin təmsil olunduğu nümayəndə heyətinin üzvləriAzərbaycan MOK-nun fəliyyəti ilə maraqlanıblar. Murad İsmayilov ÖzbəkistanRespublikası prezidenti Şavkat Mirziyoyevintapşırığı ilə idmanın maliyyələşməsi sistemi ilə bağlı qonşu ölkələrin təcrübəsini araşdrqdırlarını bildirib. MOK-un vitse-prezidenti Çingiz Hseynzadə maliyyə mənbələri, idmançılar üçün nəzərdə tutulan təqaüdlər və sosial güzəştlər haqda qonaqlara məlumat verib. MOK-un 30 ildə reallaşdırdığı Beynəlxalq proqramlar, layihələr və onların nəticələrindən danışıb. Özbəkistan nümayəndə heyəti MOK-un vitse-prezidentinə xüsusi hədiyyə təqdim edib. MOK-un Baş katibi Azər Əliyev, İdman İdarəsinin müdiri Həsənağa Rzayev, Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırovun da iştirak etdiyi görüşün sonunda xatirə fotosu çəkilib.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı