Xəbərlər

Bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyinə həsr olunmuş İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı ilə bağlı mətbuat konfransı keçirilib

02 sentyabr 2022 225

Tədbirə çıxış edən MOK-un vitse-prezideni Çingiz Hüseynzadə festivalın uğurlu olacağına inandığını bildirib: " Bu illər ərizndə Azərbaycan Milli Olimpiya Komitəsi Olimpiya hərəkatının təbliğatı istiqamətində çoxsaylı işlər görüb. Bizim hazırladığımız Olimpiya çempionalrımıza həsr olunan sənədli filmlər silsiləsini xüsusilə qeyd etmək istərdim. Bu filmlərdən bir neçəsi hətta Beynəlxalq film festivallarında yer tutub. Azərbaycan Velosiped Federasiyasının Elçin Əsədov haqqında çəkilən filmin təqdimatında da dediyim kimi, son zamanlar idmançılar üçün maraqlı filmlər çəkilir. Bu festival da onlara bir təkandır. Buradan təşkilatlara müraciət edirəm: İstənilən federasiyalar, televiziyalar və qurumlar qoşula və öz film, məhsullarını təqdim edə bilərlər. Bu festival sayəsində TV-lərdə kifayət qədər material olacaq".

MOK rəsmisinin sözlərinə görə, filmlərin sayı artıqca mükafatın məbləği də artacaq: " Hər nominasiyada 3-qalib olmaqla yanaşı həm də münsiflərin xüsusi mükafatı təqdim olunacaq. Bundan başqa münsiflər heyəti ən çox tamaçaşı rəğbəti qazanmış videoməhsulu da müəyyənləşdirəcək. ".

Festivalın münsiflər heyətinin sədri Olimpiya Çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Vitse-Prezidenti  Zemfira Meftahətdinova ilk idman filmləri və televiziya proqramları müsabiqəsinin davamlı olacağına inamını ifadə edib. " Festivalın əhəmiyyəti çox böyükdür. Olimpiya çempionları haqqında filmlər çəkiləcək. Gənc nəsil onları tanımalıdır. Bu festival idmanın inkişafı üçün də çox vacibdir".

Rejissor, ssenarist, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyev, Azərbaycanda çəkilən idman haqqında filmlərin bir çoxunun hələ də ölkədən kənarda yayımlanmadığına diqqət çəkdi. Münsiflər heyətinin üzvü olan Oleq Səfərəliyev bu festivalın  peşəkar işlərin sayının artmasına və yeniliklərə təkan verəcəyini bildirib.

Münsiflər heyətinin digər üzvü MDB ölkələri kino ittifaqları konfederasiyasının təşkilat katibi, prodüser Fatimə İbrahimbəyova isə jurnalistlərin diqqətini bu tipli festivalalrın keçirilməsindəki beynəlxalq təcrübəyə yönəldib.

Festivalın baş direktoru və prodüseri Arzu Qulamov isə bildirib ki,  bu günə kimi festivalın ünvanına ümümilikdə 50-yə yaxın film, proqram, promoçarx, reklam çarxı və musiqi klipi təqdim olunub. İlkin baxılış nəticəsində ümümilikdə 18 layihə seçilib, festivalda iştirak üçün qəbul olunub və nominasiyalar üzrə bölünüb. İştiraka buraxılan videoməhsullar festivalın rəsmi internet səhifəsi (https://millitvfest.az/) və Youtube kanalında (Milli İdman Televiziya Festivalı) tamaşaçıların onlarla tanış olmaları və səs vermələri üçün yerləşdirilib. Arzu Qulamov vurğulayıb ki, videolara səs vermək üçün sadəcə kanalda geydiyyatdan keçmək kifayətdir. Münsiflər heyəti festival çərçivəsində müəyyən olunmuş nominasiyalar üzrə 3 ən yaxşı yerə layiq olan işləri seçib, qalibləri müəyyən edəcək. Eyni zamanda, hər bir nominasiyə üzrə münsiflər heyətinin xüsusi mükafatı təqdim olunacaq.  Münsiflər heyəti oktyabr ayının 1-dən etibarən, festivala təqdim olunmuş videoməhsullara baxış keçirəcək. Baxış 10 gün ərzində reallaşdırılacaq. Festivalın rəsmi  youtube kanalında tamaşaçı səsverməsi aparılacaq və onun nəticələri də münsiflər heyəti tərəfindən nəzərə alınacaqdır.

Daha sonra festivalın rəsmi mükafatı təqdim olunub.

Qeyd edək ki, Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş İdman Filmləri və Proqramları Milli Televiziya Festivalına 01.07.22 tarixində start verilib.

Yarışmaya qatılmaq istəyən müəlliflər və təşkilarlar öz filmlər, proqramlar, reklam çarxları və musiqili kliplərini festivalın təşkilat komitəsinin ünvanına DVD, flaşkart formasında təqdim olunmalı və ya digər faylların ötürülməsi üçün istifadə olunan resurslar vasitəsilə festivalın rəsmi elektron poçt ünvanına göndərilməlidir. Festivala videoməhsulların qabulu  30.09.2022ci ilə kimi davam edəcək.

Daha ətraflı məlumat üçün: http://millitvfest.az/,  https://www.facebook.com/millitvfest.az/, https://www.youtube.com/Milli İdman Televiziya Festivalı/https://www.istagram.com/millitvfest.az/.

İdman Filmləri və Proqramları Milli Televiziya Festivalın Məğrur Tərəfdaşı AZTV və AZTVİdman, İnformasiya Tərfdaşları isə CBCSPORT, XƏZƏR və SPACE  televiziya kanallarıdır.