Bu gün paytaxtımızda güləş üzrə lisenziya turniri başlayır
05 aprel 2024 1408
Bu gün ölkəmizdə güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start veriləcək.
Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda qitənin ən güclü idmançıları Paris-2024-ə lisenziya uğrunda qüvvəsini sınayacaq. Turnirin açılış mərasimi bu gün saat 17:30-da başlayacaq. Tədbirin rəsmi hissəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin vitse-prezidenti Teodoros Hamakos çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan komandası yarışda 14 güləşçi ilə təmsil olunacaq. Mübarizəyə ilk olaraq klassiklərimiz başlayacaq. Yarışların ikinci günündə qadın güləşçilərimiz xalça üzərinə çıxacaq. Sərbəst güləşçilərimiz isə yarışın son günündə mübarizəyə qoşulacaq. Turnirdə hər çəkidə 2 güləşçi Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı