“Cadillac” Azərbaycan Qran-Prisinin qaliblərini Bakıya gətirəcək
26 avqust 2025 - 17:39 515
“Cadillac” 2026-cı ildə ilk dəfə Formula 1 çempionatında iştirak edəcək heyətini açıqlayıb.
Bakı Şəhər Halqasından verilən məlumata görə, komanda təcrübəli pilotlar, çoxsaylı Qran-Pri qalibləri Serxio Peres və Valtteri Bottas ilə müqavilə bağladığını rəsmi olaraq elan edib.
Onlar birlikdə 527 Qran-Priyə qatılıb və 16 qələbə qazanıblar. Bu da onları çempionatın ən təcrübəli duetlərindən birinə çevirib.
Qeyd edək ki, Serxio Peres Azərbaycan Qran-Prisinin ikiqat qalibidir. O, “Red Bull Honda” heyətində 2021 və 2023-cü illərdə Bakıda birinci olub. Valtteri Bottas isə 2019-cu ildə “Mercedes” komandasının tərkibində ölkəmizdəki yarışda qalibiyyət əldə edib.
“Cadillac” 2026-cı ildən etibarən Formula 1 dünya çempionatının 11-ci rəsmi iştirakçısı olacaq.
Azərbaycan Qran-Prisi bu il 24–26 sentyabr tarixlərində keçiriləcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı