Cəbrayılda Zəfər Gününə həsr olunmuş idman yarışları başa çatıb
01 noyabr 2024 711
Cəbrayıl şəhəri akademik Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dəfə müxtəlif idman növləri üzrə keçirilən yarışlar başa çatıb.
8 Noyabr - Zəfər gününə həsr olunmuş tədbir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Futbol, voleybol, dama, kəndirlə mübarizə və basketbol idman növləri üzrə təşkil olunan yarışlarda Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd, Zəngilan rayonu Ağalı kənd və Cəbrayıl şəhəri akademik Mehdi Mehdizadə adına tam orta məktəbdən ümumilikdə 192 şagird iştirak edib.
Komanda oyunlarında yarışın birinci, ikinci və üçüncü yeri qazanmış şagirdlər kubok, medallar və diplomlarla təltif olunub. Dama üzrə yarışlarda fərdi qalib gələn birinci, ikinci və üçüncü yerin sahibi olan şagirdlərə isə diplom və medallar təqdim olunub.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı