Çempionlarla görüş olub
19 mart 2026 - 16:33 491
Martın 19-da Gənclik Mall-da Milli Olimpiya Komitəsinin təşəbbüsü, Azərbaycan Güləş Federasiyasının, Gənclik Mall və “Go Sport”un dəstəyi ilə çempionlarla görüş adlı tədbir keçirilib.
Tədbirdə 2 qat Olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev, Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rasul Çunayev, Olimpiya və dünya mükafatçısı, 3 qat Avropa çempionu Həsrət Cəfərov, Avropa mükafatçısı və U-23 dünya çempionu Jalə Əliyeva iştirak edib.
Tanınmış güləşçilər yeniyetmə və gənclər tərəfindən böyük coşğu və maraqla qarşılanıb.
Tədbir zamanı güləş idman növü haqqında maraqlı söhbət və təcrübə paylaşımı olub. Ölkəmizin tanınmış güləşçiləri keçdikləri çətin, lakin şərəfli həyat yolunu və qazandıqları nailiyyətləri gənclərlə bölüşüblər. İdman karyeralarının ilk illərində qarşılaşdıqları maneələrdən, gərgin məşq proseslərindən və psixoloji hazırlığın önəmindən bəhs edən idmançılar onuda vurğulayıblar ki, hər bir böyük qələbənin arxasında sarsılmaz iradə və sonsuz zəhmət dayanır. Çempionlar gəncləri asudə vaxtlarını səmərəli keçirməyə, pis vərdişlərdən uzaq durmağa və peşəkar səviyyədə olmasa belə, mütəmadi olaraq idmanla məşğul olmağa çağırıblar.
Tədbir çərçivəsində sual-cavab sessiyası və imza mərasimi təşkil olunub.
Çempionlarla görüş zamanı maraqlı müsabiqə də keçirilib və iştirakçılara hədiyyələr təqdim edilib.
Tədbirin məqsədi güləşin populyarlığını artırmaq, tanınmış güləşçilərlə məktəblilərin ünsiyyətini təşkil etmək və gənc nəslə "sağlam bədəndə sağlam ruh olar” düşüncəsini, vətənpərvərlik ruhunu aşılamaqdır.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı





