Xəbərlər

Çimərlik güləşçilərimiz Dakar-2026-nın finalında

08 noyabr 2026 - 20:40 35

Azərbaycanın çimərlik güləşi üzrə komandasının üzvləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının final mərhələsinə vəsiqə qazanıblar.

 

A qrupunda keçirdiyi hər üç görüşdə qələbə qazanan Tunar Quliyev yarımfinalda Ukrayna təmsilçisi Mikita Kuzmenkoya da qalib gələrək həlledici mərhələyə yüksəlib. Finalda güləşçimizin rəqibi Gürcüstan idmançısı Luka Maxaradze olacaq.

 

B qrupunda mübarizə aparan Elgün Kərimli də bütün görüşlərini qələbə ilə başa vurub. Yarımfinalda Seneqal təmsilçisi Ablaye Diufu məğlub edən idmançımız finala vəsiqə qazanıb. İdmançımız finalda gürcüstanlı Nuradin Mustafayevlə qarşılaşacaq.