Dakar-2026: Çimərlik güləşçilərimizdən uğurlu başlanğıc
08 noyabr 2026 - 16:21 38
Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunları çərçivəsində keçirilən çimərlik güləşi üzrə yarışlar davam edir.
Bu gün Azərbaycan millisinin daha iki təmsilçisi mübarizəyə qoşulub.
70 kq çəki dərəcəsində çıxış edən Tunar Quliyev A qrupunda keçirdiyi ilk görüşdə Yeni Zelandiya təmsilçisi Vairangi Sarcentə, ikinci qarşılaşmada isə anqolalı Diasivi Reanatoya qalib gəlib. Güləşçimizin qrup mərhələsində sonuncu rəqibi Puerto-Riko təmsilçisi Joab Cabril Karilyo Rodriges olacaq.
90 kq çəki dərəcəsində mübarizə aparan digər idmançımız Elgün Kərimli isə B qrupunda əvvəlcə Moldova təmsilçisi Artiom Kakeanı, ardınca Mərakeşdən olan Nour Qannamı məğlub edib. Güləşçimiz qrup mərhələsində son görüşünü Braziliya təmsilçisi Allan Smit di Souza Beserraya qarşı keçirəcək.
Hər iki idmançımız qrupun son qarşılaşmasında qələbə qazanacağı təqdirdə yarımfinala vəsiqə əldə edəcək
Bənzər xəbərlər
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 ... Ətraflı
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Noyabr – Zəfər ... Ətraflı