Dakar-2026: Azərbaycan komandası medal siyahısında yeddinci pillədə qərarlaşır
08 noyabr 2026 - 22:49 32
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının doqquzuncu yarış gününə yekun vurulub.
Günü iki qızıl medalla başa vuran Azərbaycan komandası yenidən ilk “onluğ”a daxil olub. Ötən günlə müqayisədə 15 pillə irəliləyən komandamız 3 qızıl, 1 gümüş medalla 7-ci pillədə qərarlaşır.
Medal siyahısının ilk üç pilləsində dəyişiklik olmayıb. Belə ki, siyahıya 11 qızıl, 4 gümüş və 2 bürünc medalla Çin Xalq Respublikasının komandası başçılıq edir. Yaponiya komandası 16 (9 qızıl, 3 gümüş, 4 bürünc) medalla ikinci, Rusiya millisi isə 6 qızıl, 4 gümüş medalla üçüncü pillədə yer alır. Aktivində 5 qızıl, 1 gümüş, 2 bürünc medal olan Misir komandası dördüncüdür. 3 qızıl, 3 gümüş, 2 bürünc medalla Fransa komandası ilk beşliyi tamamlayır.
Ümumilikdə 75 ölkənin komandası Dakar-2026-da medal qazanıb ki, onlardan da 39-u qızıl medala layiq görülüb.
Qeyd edək ki, Azərbaycan komandasına qızıl medalları cüdoçu İbrahim Talıbovla (-55 kq) yanaşı, çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandırıb. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) isə gümüş medala sahib çıxıb.
Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarına noyabrın 13-də yekun vurulacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 ... Ətraflı
Dakar-2026: Çimərlik güləşçilərimizdən uğurlu başlanğıc
Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunları çərçivəsində keçirilən ... Ətraflı