Dakar-2026: Çimərlik güləşçilərimiz yarımfinala yüksəliblər
08 noyabr 2026 - 19:24 13
Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunları çərçivəsində keçirilən çimərlik güləşi yarışları davam edir. Azərbaycan təmsilçiləri mübarizəni uğurla davam etdirərək yarımfinala vəsiqə qazanıblar.
A qrupunda çıxış edən Tunar Quliyev (70 kq) qrup mərhələsində sonuncu görüşündə Puerto-Riko təmsilçisi Joab Cabril Karilyo Rodrigeslə qarşılaşıb. Rəqibinə qalib gələn güləşçimiz yarımfinala yüksəlib.
Qeyd edək ki, Tunar Quliyev bundan əvvəl Yeni Zelandiya təmsilçisi Vairangi Sarcenti və Anqola idmançısı Diasivi Reanatoya da qalib gəlib.
90 kq çəki dərəcəsində mübarizə aparan Elgün Kərimli də qrup mərhələsini qələbə ilə başa vurub. B qrupunda yer alan idmançımız son görüşündə Braziliya təmsilçisi Allan Smit di Souza Beserranı məğlub edərək yarımfinala vəsiqə əldə edib. Elgün Kərimli bundan əvvəl Moldova təmsilçisi Artiom Kakeanı və Mərakeş idmançısı Nour Qannamı da üstələyib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 ... Ətraflı
Dakar-2026: Çimərlik güləşçilərimizdən uğurlu başlanğıc
Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunları çərçivəsində keçirilən ... Ətraflı