Cüdoçular arasında Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib
28 noyabr 2024 474
Qadın və kişi cüdoçular arasında ölkə çempionatının püşkatma mərasimi keçirilib.
Tədbirdə ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri və hakimlər komitəsinin sədri Natiq Bağırov, baş katibin müavini və idman direktoru Kamran Talıbov iştirak ediblər.
R. Rəsullu 60 idman təşkilatından 320-dən çox idmançının çempionatda iştirak edəcəyini vurğulayıb. O, bu ilin Azərbaycan cüdosu üçün əlamətdar olduğunu, Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında, eləcə də yeniyetmə və gənclər arasında yarışlarda tarixi nəticələrin əldə edildiyini xatırladıb, bu uğurların həm idmançılara, həm də federasiyanın gələcək fəaliyyətinə yüksək stimul yaratdığını qeyd edib. Vitse-prezident yarışların yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü vurğulayıb. O, azarkeşləri yarışları arenadan izləməyə dəvət edib.
N.Bağırov hakimlərin təcrübəsi və peşəkarlığını vurğulayıb. Yarışların ədalətli, şəffaf keçiriləcəyinə əminliyini ifadə edərək bütün idmançılara uğurlar arzulayıb.
K.Talıbov püşkatma mərasimində yarış proqramı haqqında məlumat verib, daha sonra püşkatma start götürüb.
Qeyd edək ki, ölkə çempionatı noyabrın 29-dan dekabrın 1-dək Bakı İdman Sarayında keçiriləcək.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı
