Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu
14 aprel 2024 1172
14 apreldə Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ikinci günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.
Cüdoçularımız turnirdə ümumilikdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanaraq, medal əyarına görə ümumi hesabda və oğlanlar arasında isə 1-ci yeri tutub.
Yarışın ikinci günündə oğlanlar arasında -73 kq., -81 kq. və +90 kq. çəki dərəcələrində 4 cüdoçumuz tatamiyə çıxıb.
-73 kq. çəkidə Cəsur İbadlı gümüş medal əldə edib. -81 kq. çəkidə Əli Qazıməmmədov qızıl, Mehdi Abbasov isə bürünc medal qazanıb. +90 kq. çəkidə Sübhan Axundov 5-ci yerdə qərarlaşıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı


