Cüdoçularımız Dünya çempionatında iştirak edəcək
09 avqust 2022 1576
10-13 avqust tarixlərində Ekvadorun Quayaquil şəhərində gənclər arasında Dünya çempionatı keçiriləcək. 65 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarışda Azərbaycanı 8 idmançı təmsil edəcək. İdmançılarımız 5 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
10 avqustda -60 kq. çəkidə Turan Bayramov, 11 avqustda -73 kq. çəkidə Vüsal Qələndərzadə və Qadir Hüseynov, 12 avqustda -81 kq. çəkidə Elcan Hacıyev və Məhərrəm İmamverdiyev, -90 kq. çəkidə Vüqar Talıbov, 13 avqustda isə -100 kq. çəkidə Ruslan Nəsirli və +100 kq. çəkidə Kənan Nəsibov tatamiyə çıxacaq.
Cüdoçularımız baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında çıxış edəcək.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı