Cüdoçularımız Liqnanoda 6 medal qazandılar
22 aprel 2024 980
İtaliyanın Liqnano şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku yarışı keçirilib. 29 ölkədən 464 (301 oğlan, 163 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar.Komandamız turnirdə yalnız oğlanların mübarizəsində 14 cüdoçu ilə təmsil olunub. Gənc cüdoçularımız turniri 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar. Komandamıza qızıl medalları Nizami İmranov (-60 kq) və Əjdər Bağırov (-100 kq) qazandırıb. -81 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıb. Məhəmməd Musayev (-66 kq), Nihad Şıxəlizadə (-100 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc medallara layiq görülüblər. Yığmamız bu nəticə ilə ümumi komanda hesabında dördüncü, oğlanlar arasında isə ikinci yeri tutub.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı