Cüdoçumuz "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı
14 fevral 2025 760
Azərbaycan komandası Bakıda keçirilən "Böyük dəbilqə" turnirində ilk medalını qazanıb.
Milli Gimnastika Arenasında təşkil olunan yarışın ilk günündə Əhməd Yusifov bürünc medala layiq gorulub. -60 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz üçüncü yer uğrunda görüşdə ukraynalı Dilşot Xalmatova qalib gəlib.
Bu çəki dərəcəsində qüvvəsini sınayan digər idmançımız Balabəy Ağayev isə bürünc medal uğrunda qarşılaşmada belçikalı Jorre Verstraetenə uduzaraq turniri mükafatsız başa vurub.
Qeyd edək ki, fevralın 16-dək davam edəcək "Böyük Dəbilqə" turnirində 36 ölkədən 258 (166 kişi, 92 qadın) idmançı mübarizə aparır.
Azərbaycan komandası yarışda 32 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı