Cüdoçumuz Olimpiya festivalına qələbə ilə başladı
22 iyul 2025 - 15:56 521
Azərbaycan cüdoçusu Rza Xəlilli Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına qələbə ilə başlayıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, -50 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda Şimali Makedoniya təmsilçisi Angel Radevskiyə qalib gəlib.
Cüdoçumuzun 1/4 final mərhələsindəki rəqibi macarıstanlı Milan Szabo olacaq.
Qeyd edək ki, Yan Sandanski İdman Mərkəzində keçirilən yarışda bu gün daha iki cüdoçumuz - son Avropa çempionumuz Rəsul Əlizadə (-55 kq) və Avropa çempionatının bürünc medalçısı Gülşən Hüseynova (-44 kq) da tatami üzərinə çıxacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı