Daha bir güləşçimiz dünya çempionatında üçüncü yeri tutub
05 sentyabr 2024 813
Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev İspaniyanın Pontevedra şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.
72 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer üçün çinli Venhao Hu ilə mübarizə aparıb. Rəqibinə 6:5 hesabı ilə qalib gələn R.Nurullayev dünya üçüncüsü olub.
Azərbaycanın digər təmsilçisi Tural Əhmədov (60 kiloqram) təsəlliverici görüşdə polşalı Dominik Partikaya tam üstünlüklə (9:1) qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rusiyalı Papik Cavadyana 0:2 hesabı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənib. Bununla da dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
Beləliklə, Azərbaycan millisi mundialı 1 gümüş və 1 bürünc medalla başa vurub.
Xatırladaq ki, ötən gün Cocu Səmədov (87 kiloqram) dünya ikincisi olub.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı