Daha üç güləşçimiz dünya çempionatında məğlub oldu
19 sentyabr 2023 1115
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə lisenziya xarakterli dünya çempionatı davam edir. Bu gün mbarizəyə başlayan Azərbaycanın daha üç qadın güləşçisi çempionatın yarımfinala yüksələ bilməyib. 50 kq çəki dərəcəsində çıxış edən titullu idmançı Mariya Stadnik 1/4 finalda ABŞ təmsilçisi Sara Ann Hildebrandta uduzub.
57 kq-da Jalə Əliyeva eyni mərhələdə digər ABŞ idmançısı Helen Maroulisə yenilib.
65 kq-da Birgül Soltanova 1/8 finalda türkiyəli Kadriye Aksoya məğlub olub.
Bu gün həmçinin 59 kq-da Alyona Kolesnik bürünc medal uğrunda qarşılaşmada Cennifer Rocerslə (ABŞ) üz-üzə gələcək.
97 kq-da yer alan sərbəst güləşçi Maqomedxan Maqomedov finalda Bəhreyndən olan Axmed Tajudinovla münasibətlərə aydınlıq gətirəcək. Azərbaycan təmsilçisi həlledici görüşə vəsiqə qazanaraq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Osman Nurmaqomedov gümüş medala yiyələnib. Dünya çempionatı sentyabrın 24-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan Yelkən Federasiyası Su İdmanı Növləri Federasiyasına birləşdirildi
Martın 14-də "Azərbaycan Yelkən Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib. ... Ətraflı
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başlayıb, ilk qaliblər bəlli olub
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.
Şüvəlan Ağırlıqqaldırma Mərkəzində keçirilən yarış ... Ətraflı