Nihad Süleymanlı Dakar-2026-da Azərbaycana ikinci medalı qazandırdı
07 noyabr 2026 - 21:35 26
Azərbaycan Nihad Süleymanlı Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çimərlik güləşi yarışlarında gümüş medal qazanıb.
80 kq çəkidə mübarizə aparan idmançımız finalda Marquette Diopa məğlub olub.
Nihad Süleymanlı yarışa inamlı başlayaraq A qrupunda əvvəlcə Əlcəzair təmsilçisi Kəbir Kraledə, daha sonra isə hindistanlı Depanşu Kokara qalib gəlib. Qrup mərhələsində sonuncu görüşündə mərakeşli Abdelcalil Benelyasseri də məğlub edən güləşçimiz yarımfinala vəsiqə qazanıb. Yarımfinalda isə yunanıstanlı Konstantinos Mourtzilakislə qarşılaşan güləşçimiz bu görüşdən də qalib ayrılaraq finala yüksəlib.
Oyunlarda 55 kq çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Günel Kərimli qrup mərhələsində latviyalı Anastasiya Yakovlevanı, qvineyalı Mariama Fula Kabanı və mərakeşli Rana Lahssinini məğlub edərək yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda görüşdə seneqallı Elizabet Diattaya uduzan idmançımız bürünc medal uğrunda qarşılaşmada da məğlub olaraq Oyunları beşinci pillədə başa vurub.
Xatırladaq ki, Oyunların ilk günündə Azərbaycan cüdoçusu İbrahim Talıbov (-55 kq) komandamıza Dakar-2026-nın ilk qızıl medalını qazandırmışdı.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı ... Ətraflı
Bacı-qardaş Dünya çempionatında gümüş medal qazandı
Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya ... Ətraflı