Xəbərlər

Dakar-2026: Bu gün daha 4 idmançımız mübarizəyə başlayır

07 noyabr 2026 - 23:21 14

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam edir. 

 

Noyabrın 8-də Azərbaycan idmançıları atletika, çimərlik güləşi və velosiped idmanının şose növündə mübarizə aparacaqlar.

 

Atletika yarışlarında Daniil Şuvayev 100 metr məsafəyə qaçışda yarımfinal mərhələsində qüvvəsini sınayacaq. Yarımfinal mərhələsi Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. İdmançımız finala vəsiqə qazanacağı təqdirdə saat 21:32-də həlledici mərhələdə mübarizə aparacaq.

 

Çimərlik güləşi üzrə yarışlarda Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) mübarizəyə qoşulacaqlar. Yarışlara Bakı vaxtı ilə saat 14:30-da start veriləcək. Final görüşləri isə idmançılarımızın finala yüksələcəyi təqdirdə saat 19:00-da başlayacaq. 

 

Velosiped idmanının şose növündə isə Nihad Xudoyev Bakı vaxtı ilə saat 15:00-da start xəttinə çıxacaq.