Dənizkənarı Bulvarda "KidsRunFest": 200-dən artıq uşaq atletika bayramında gücünü sınadı
03 may 2025 578
Hər il 7 may tarixində qeyd olunan Dünya Uşaq Atletikası Günü bu dəfə də Azərbaycanda genişmiqyaslı tədbirlə yadda qalıb. Dünya Atletikası, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası, Zəfər Qaçış Klubu və “Camphood” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “KidsRunFest” adlı tədbirdə 200-dən artıq uşaq iştirak edib.
Dənizkənarı Bulvar ərazisində baş tutan yarışda 8-13 yaş arası uşaqlar müxtəlif məsafələr üzrə bacarıqlarını nümayiş etdiriblər. Qızlar və oğlanlar arasında 600, 800, 1000 və 1200 metr məsafələrdə keçirilən qaçış yarışlarında qaliblər yaş kateqoriyalarına uyğun olaraq müəyyənləşdirilib.
Tədbirin əsas məqsədi atletikanın imkanlarından istifadə etməklə uşaqları və yeniyetmələri sağlam həyat tərzinə təşviq etmək, onların fiziki və psixoloji potensiallarının inkişafına dəstək olmaqdır.
Qeyd edək ki, Dünya Atletikası tərəfindən dəstəklənən bu qlobal təşəbbüsə Azərbaycan Atletika Federasiyası hər il xüsusi diqqət ayırır. Federasiya Uşaq Atletikası Gününü ən yüksək səviyyədə qeyd edən üzv qurumlar sırasında yer alaraq, ölkəmizdə bu idman növünün təbliğinə mühüm töhfə verir.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı