Dominikan Respublikası BOK-un 146-cı Sessiyasına ev sahibliyi edəcək
21 mart 2025 909
Dominikan Respublikası 2027-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 146-cı Sessiyasına ev sahibliyi edəcək.
Bu barədə qərar Yunanıstanın Kosta Navarino şəhərində keçirilən BOK-un 144-cü sessiyasında qəbul edilib.
Tədbir Dominikan Respublikasının Punta-Kana şəhərində baş tutacaq. Sessiyasının keçiriləcəyi tarix isə hələki müəyyənləşməyib.
Qeyd edək ki, BOK-un 145-ci sessiyası gələn il İtaliyanın Milan şəhərində keçiriləcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı