Dövlət qurumları arasında avarçəkmə yarışı keçirilib
11 iyun 2025 672
Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Bulvar ərazisində təşkil olunan yarışda qadınlar və kişilər müxtəlif kateqoriyalar üzrə bacarıqlarını nümayiş etdiriblər.
Kişilər arasında tək nəfərlik qayıq yarışının qalibi SOCAR-ı təmsil edən Ehtibar Əsədov olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Elxan Əsədov və Özcan Kərimov müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qadınlar arasında keçirilən tək nəfərlik qayıq yarışında Leyla Əliyeva (FHN) birinci olub. İlahə Çələbiyeva (Gənclər və İdman Nazirliyi) ikinci, Mələkxanım Məmmədova (FHN) isə üçüncü pillədə qərarlaşıblar.
Kişilər arasında iki nəfərlik qayıq yarışında SOCAR birinci, GİN ikinci, FHN üçüncü olub.
Qarışıq komanda (kişilər və qadınlar) yarışında FHN birinci, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ikinci, GİN isə üçüncü yeri tutub.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı