Dövlət qurumlarının əməkdaşları arasında atıcılıq üzrə yarışa start verilib
23 sentyabr 2023 822
Sentyabrın 23-də Bakı Atıcılıq Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında ilk dəfə stend atıcılığının "sporting" növü üzrə yarış təşkil edilib.
Ümumilikdə 44 qurumdan 166 əməkdaşın (120 kişi, 46 qadın) iştirak etdiyi yarışlar sentyabrın 24-dək davam edəcək. Yarışın birinci gününün nəticələrinə görə ilk 5 yeri tutan şəxslər sabah final mərhələsində qalibiyyət uğrunda mübarizə aparacaqlar. Atışlarda toplanan ümumi xallara əsasən ilk dörd yeri tutan kişi və qadınlardan ibarət fərqli komandalar final yarışında iştirak edəcəklər. Bundan əlavə, hər qurumun qadın və kişilərdən ibarət qarışıq komandalarından ilk dördlükdə olanlar finalda yarışacaq.
İlk üç yeri tutan şəxslər, komanda və qarışıq komandalar diplom və medallarla təltif olunacaq, qaliblərə hədiyyələr təqdim ediləcək.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı