Dünya çempionatı: Erməniyə qalib gələrək finala çıxan Azərbaycan güləşçisi Olimpiadaya lisenziya qazanıb
23 sentyabr 2023 120

Azərbaycanın iki yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.
63 kiloqram çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov və 67 kiloqramda yarışan Murad Məmmədov mundialın həlledici qarşılaşmalarına vəsiqə əldə ediblər.
Yarımfinalda M. Məmmədov Serbiya təmsilçisi Giorgi Tibilova 4:1, H. Cəfərov isə ermənistanlı Slavik Qalstyana 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Həsrət Cəfərov finala çıxmaqla həm də "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Bənzər xəbərlər

Rüstəm Orucov: Bəzən cüdodan uzaqlaşdığıma görə depressiyaya düşürəm
“Belə kreativ mükafata layiq görüləcəyimi gözləmirdim. Mənim üçün də sürpriz ... Ətraflı

“Vüqar Həşimov Memorialı”nın açılış mərasimi keçirilib
Sayca 9-cu dəfə təşkil olunan şahmat üzrə "Vüqar Həşimov Memorial-2023" ... Ətraflı