Xəbərlər

Dünya çempionatında 8 medal

28 avqust 2026 - 00:14 29

Bu gün Bakıda çimərlik güləşi üzrə U17 dünya çempionatı keçirilib.

İlk dəfə ölkəmizdə təşkil edilən mundialda 30-dan artıq ölkədən 150-yə yaxın idmançı mübarizə aparıb. “Sea Breeze” istirahət mərkəzində təşkil edilən yarışda 8 güləşçimiz fəxri kürsüyə qalxıb. Elcan Həsənov (60 kq) və Nihad Süleymanlı (80 kq) dünya çempionu olub. Əlirza Heybətli (60 kq), Elgün Kərimli (90 kq) və Rəna Nuriyeva (65 kq) gümüş, Tunar Quliyev (70 kq), Ruslan Vəliyev (80 kq) və Simurə Abdullayeva (75 kq) isə bürünc medal qazanıb.

Oğlanlar

60 kq

  1. Elcan Həsənov (Azərbaycan)
  2. Əlirza Heybətli (Azərbaycan)
  3. Amirali Domirkolaey (İran)

70 kq

  1. Kiaraş Torabi (İran)
  2. Human Kalhori (İran)
  3. Tunar Quliyev (Azərbaycan)

80 kq

  1. Nihad Süleymanlı (Azərbaycan)
  2. Reza Jalilian (İran)
  3. Ruslan Vəliyev (Azərbaycan)

90 kq

  1. Amirsaleh Cavidaniyeganeh (İran)
  2. Elgün Kərimli (Azərbaycan)
  3. Amirali Amini (İran)

Qızlar

45 kq

  1. Ti Honq (Vyetnam)
  2. Məryəm Qrib (Əlcəzair)
  3. Mira Hiqaşi (Yaponiya)

55 kq

  1. Reisa Kocima (Yaponiya)
  2. Arianna Qarza (ABŞ)
  3. Eleni Qavrinioti (Yunanıstan)

65 kq

  1. İrina Buxtina (Ukrayna)
  2. Rəna Nuriyeva (Azərbaycan)
  3. Arina Kuanişova (Qazaxıstan)

75 kq

  1. Matilda Ann Hrubi (ABŞ)
  2. Vasiliki Karavanu (Yunanıstan)
  3. Simurə Abdullayeva (Azərbaycan)