Dünya çempionatının son günündə 2 bürünc medal
09 sentyabr 2024 1093
İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı sona çatıb.
Mundialın son günündə 2 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.
Ağanəzər Novruzov (74 kq) bürünc medal uğrunda görüşdə rusiyalı Tamir Eşinimayevlə qarşılaşıb. Görüşün sonlarında aldığı xallarla rəqibini 4:1 hesabıyla məğlub edən həmyerlimiz dünya üçüncüsü olub.
Anar Cəfərli (92 kq) təsəlliverici görüşdə hindistanlı Amit Sinqə “tuş”la qalib gəlib. Həlledici qarşılaşmada amerikalı Konnor Mirasolayla üz-üzə gələn milli üzvü rəqibini 6:2 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.
Beləliklə, sərbəst güləş millimiz dünya çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurub. Yekunda 72 xal toplayan yığmamız dünyanın ən güclü 5-ci komandası olub.
Xatırladaq ki, ötən gün Xetaq Karsanov (97 kq) gümüş medala sahib çıxıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı
