Dünya Kuboku: Azərbaycan karateçisi üçüncü olub
05 iyul 2024 861
Azərbaycan karateçisi Cavid Kazımlı Bolqarıstanın Varna şəhərində keçirilən KWU SENSHI üzrə XVIII beynəlxalq seminar və kyokuşin üzrə Dünya Kubokunda medal qazanıb.
75 kiloqram çəki dərəcəsində 16-17 yaş qrupunda mübarizə aparan idmançı üçüncü yerə çıxıb.
Daha sonra yarışda senşi döyüşlərinə start verilib. Bu növdə Orxan Məmmədov ilk döyüşünü tam qələbə ilə bitirib. O, ikinci döyüşünü bu gün keçirəcək.
Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokuna 12 karateçi ilə ( 10 idmançı kyokuşin karate üzrə, 2 idmançı senşi üzrə) qatılıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı