Dünya Kuboku: Azərbaycanın daha bir boksçusu bürünc medalı təmin edib
03 iyul 2025 - 18:58 491
Azərbaycanın daha bir boksçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda yarımfinala vəsiqə qazanıb.
1/4 finalda rəqibinə qalib gələn Məhəmmədəli Qasımzadə (60 kiloqram) bununla ən azı bürünc medalı təmin edib.
Daha əvvəl bu uğura Sübhan Mamedov (50 kiloqram) imza atıb. Buna idmançımızın türkiyəli rəqibi Samet Gümüşün döyüşə gəlməməsi səbəb olub.
Qeyd edək ki, Azərbaycanın 11 boksçu ilə qatıldığı Dünya Kubokunda ölkəmizi Emil Qurbanəliyev və Anar Babanlı hakim kimi təmsil edirlər.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı