Xəbərlər

Dünya Kuboku: Azərbaycanın qılıncoynatma yığması 9-cu yeri tutub

13 noyabr 2023 183

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Əlcəzairdə keçirilən Dünya Kubokunun mərhələ yarışında çıxışını başa vurub.

Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət kollektiv qadın sablyaçıların komanda yarışında 9-cu olub.

Ən güclü “səkkizliy”ə yüksəlmək uğrunda keçirilən görüşdə Yaponiya seçməsinə 36:45 hesabı ilə məğlub olan sablyaçılar doqquzuncu yer uğrunda keçirilən görüşlərdə Rumıniya (45:37), Çin (45:44) və Polşa yığmasına (45:40) qalib gəlib.

Qadın sablyaçıların şəxsi yarışında isə yalnız Valeriya Bolşakova ən güclü “32-liy”ə yüksəlməyi bacarıb.