Dünya Kubokunda stend atıcılığının səngər növündə final mərhələsinə yekunlaşdı
06 may 2024 1003
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kuboku davam edir.
Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qadınlar arasında stend atıcılığının səngər növündə final mərhələsinə yekun vurulub.
Penni Smit (Avstraliya), Safiye Temizdemir (Türkiyə), Raşel Leiganne Tozyer (ABŞ), Aeriel Alease Skinner (ABŞ), Erika Sessa (İtaliya) və Ray Bassilin (Livan) mübarizə apardıqları həlledici mərhələdə livanlı atıcı qalib gəlib. Əlli atışdan 44-nü dəqiq yerinə yetirən Ray Bassil qızıl medal qazanıb. Penni Smit isə 40 halda hədəfi dəqiq tuşlayaraq gümüş medala yiyələnib. İtaliyanı təmsil edən Erika Sessa bürünc medalla kifayətlənib (34 dəqiq atış).
Eyni gündə keçirilən kişilərin stend atıcılığının səngər növündə final mərhələsi baş tutub. Tolqa Tuncer (Türkiyə), Jan Pyer Brol Kardenas (Qvatemala), Filip Marinov (Slovakiya), Ceyms Villet (Avstraliya), Matyu Con Kovard-Holley (Böyük Britaniya), Pavel Vanekin (Çexiya) mübarizə apardıqları həlledici mərhələdə avstraliyalı atıcı qalib adını qazanıb.
Əlli atışdan 46-sını dəqiq yerinə yetirən Ceyms Villet fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Filip Marinov 42 halda hədəfi dəqiq nişan alaraq gümüş medala yiyələnib. Jan Pyer Brol Kardenas 34 dəqiq atışla üçüncü olub.
Qeyd edək ki, Dünya Kubokunda 80-dən çox ölkədən 400-dən artıq idmançı mübarizə aparır. Turnirə mayın 12-də yekun vurulacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı