Elis Manolova Avropa çempionatında gümüş medal qazandı
02 aprel 2022 533
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.
Yarışın 4-cü günündə Elis Manolova (65 kq) mübarizəyə qoşulub. B qrupunda yer alan təmsilçimiz ilk görüşdə Avropa ikincisi Tatyana Rijkoya (Ukrayna) məğlub olub - 0:7. Elis qrupda sonuncu görüşünü estoniyalı Viktoriya Essoya qarşı keçirib və rəqibinə 6:3 hesabıyla qalib gəlib. Qrupda ikinci yeri tutan Manolova yarımfinala yüksəlib. Millimizin üzvü 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi Krişta İnçe (Rumıniya) ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdən minimal fərqlə (2:1) qalib gələn Elis 4-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Güləşçimiz qızıl medal uğrunda ukraynalı Tatyana Rijkoyla mübarizə aparıb. Rəqibinə növbəti dəfə məğlub olan (0:4) Elis gümüş medal qazanıb. Beləliklə, Manolova 4-cü dəfə qitə birinciliyində fəxri kürsüyə qalxıb. Onun hesabında 1 qızıl və 3 gümüş medal var.
Bənzər xəbərlər
Avropa çempionatı: Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında ... Ətraflı
Taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq
Aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start ... Ətraflı