Ər-Riyad-2025: Komandamızın mövqeyi dəyişmədi - MEDAL SİYAHISI
11 noyabr 2025 - 00:50 745
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının yeddinci yarış günü başa çatıb.
Olympic.az xəbər verir ki, Azərbaycan idmançıları günü 12 (2 qızıl, 6 gümüş, 4 bürünc) medal başa vurublar. Bununla da komandamızın medallarının sayı 29-a (4 qızıl, 9 gümüş, 16 bürünc) çatıb.
Komandamız bu nəticə ilə ötən gün olduğu kimi 6-cı pillədə yer alıb. Siyahıya əvvəlki kimi, aktivində 39 qızıl, 13 gümüş, 9 bürünc medalla Türkiyə yığması başçılıq edir. Özbəkistan komandası 29 (9 qızıl, 12 gümüş və 8 bürünc medalla ikinci, aktivində 6 qızıl, 4 gümüş, 9 bürünc medal olan Misir komandası isə üçüncüdür.
Qeyd edək ki, hazırda 28 ölkənin komandası medal qazanıb ki, onlardan da 14-ü qızıl medal sevinci yaşayıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı