Ər-Riyad-2025: Stolüstü tennis üzrə millimiz 1/4 finalda
09 noyabr 2025 - 14:14 660
Stolüstü tennis üzrə qadınlardan ibarət milli komandamız Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.
C qrupunda yer alan millimiz sonuncu matçında Pakistan yığması ilə üz-üzə gəlib. Oyun komandamızın 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamız bu nəticə ilə qrup qalibi kimi adını 1/4 final mərhələsinə yazdırıb.
Millimizin 1/4 finaldakı rəqibi Maldiv adaları kollektivi olacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı