Ermənistan raket zərbələri Bərdə Olimpiya İdman Kompleksini yararsız hala salıb
29 oktyabr 2020 912
Bərdə şəhərinə növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən endirilən raket zərbəsindən sonra bir çox mülkü obyektlərlə yanaşı Bərdə Olimpiya İdman Kompleksinə də dəyən ziyan nəticəsində, kompleks tamamilə yararsız hala düşüb. 3,8 hektar ərazini əhatə edən Bərdə Olimpiya İdman Kompleksinin hər iki binasının infrastrukturu sıradan çıxıb.
Bərdə Olimpiya İdman Kompleksinin direktoru Qabil Məmmədovun verdiyi məlumata görə, xoşbəxtlikdən işçilər arasında zərərçəkən yoxdur. Ancaq, ilkin hesablamalara əsasən kompleksə yüzminlərlə manat dəyərində ziyan dəyib.
Qeyd edək ki, yüksək səviyyəli müxtəlif yarışların keçirilməsi üçün nəzərdə tutulan, beynəlxalq standarlara cavab verən kompleks 2003-cü il oktyabrın 7-də istifadəyə verilib.
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.
MOK MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Bənzər xəbərlər
MOK-da Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib
Martın 29-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Olimpiya idman ... Ətraflı
Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı