Fərhad Rəcəbli 10-cu dəfə usta cüdoçular arasında Dünya çempionu oldu
09 sentyabr 2022 2758
8 sentyabr tarixində Polşanın Krakov şəhərində usta cüdoçular arasında Dünya çempionatında ilk günün yarışları keçirilib.
M7 kateqoriyası üzrə -90 kq. çəki dərəcəsində ölkəmizi təmsil edən veteran cüdoçumuz Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək Dünya çempionatının qızıl medalını qazanıb. Fərhad Rəcəbli ardıcıl olaraq Ukrayna, Böyük Britaniya və Almaniyadan olan rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, idmançımızın usta cüdoçular arasında Dünya çempionatlarında qazandığı 10-cu qızıl medalıdır.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı