Fərid Mansurov: "Beynəlxalq reqata Azərbaycan idmanına, xüsusən də avarçəkmə növünə bir töhfədir"
30 aprel 2025 998
"Sevindirici haldır ki, bu gün işğaldan azad edilmiş torpaqlarımızda beynəlxalq yarışlar keçirilir".
Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov qeyd edib.
MOK rəsmisi yarışın əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, turnir yeniyetmə və gənclərin avarçəkmə idman növünə olan marağını artırır.
"Bu gün qürurverici anlar yaşayırıq. Bildiyiniz kimi, Suqovuşan uzun illər düşmən tərəfindən işğal altında qalmışdı. Cənab prezidentimizin və rəşadətli ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edildi. Beynelxalq reqata Azərbaycan idmanına, xüsusən də avarçəkmə növünə bir töhfədir. Yarış yeniyetmə və gənclərin idmana olan marağını artırır. Bu yarışlar həm də şəhidlərimizin ruhunu yaşadır. Fürsətdən istifadə edib, bütün idmançılara uğurlar arzulayıram. İnanıram ki, bu ənənəvi yarış davamlı olaraq keçiriləcək", - deyə Fərid Mansurov bildirib.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı