Fərid Qayıbov Anqolanın gənclər və idman nazirinin müavinini qəbul edib
06 noyabr 2024 621
Noyabrın 6-da gənclər və idman naziri Fərid Qayıbov Anqolanın gənclər və idman nazirinin müavini Paulo Rodriqes da Silvanı qəbul edib.
Qonağı salamlayan nazir ona son illərdə Azərbaycanda gənclər və idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib, ölkələr arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Anqola arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsi müdirinin müavini Ülviyyə Axundova, Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova və Anqola Gənclər və İdman Nazirliyinin İnfrastruktur Departamentinin müdiri Elizabet Kailo da görüşdə iştirak ediblər.
Bənzər xəbərlər
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı