Fərid Qayıbov: "Beynəlxalq reqataya maraq ildən-ilə artır"
30 aprel 2025 867
"2022-ci ildən etibarən cənab İlham Əliyevin tapşırıqları əsasən Qarabağda müxtəlif idman yarışları keçirilir".
Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov bildirib.
Nazir qeyd edib ki, beynəlxalq reqataya ildən-ilə maraq artır.
"Beş il bundan əvvəl tarixi torpaqlarımız cənab İlham Əliyevin uzaqgörən siyasəti və rəşadətli ordumuzun sayəsində düşməndən azad edildi. Bu gün artıq beşinci dəfədir ki, Suqovuşanda avarçəkmə üzrə beynəlxalq yarışlar keçirilir. Həmin yarışa dörd ölkə gəlmişdisə, bu gün artıq iştirakçı ölkələrin sayı 20-dən çoxdur. Beynəlxalq reqataya maraq ildən-ilə artır. Bu yarışlar üç ildir ki, Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planında yer alır. Başda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası olmaqla bütün iştirakçılara minntətdarlığımı bildirirəm", - deyə Fərid Qayıbov bildirib.
Qeyd edək ki, bu gün Suqovuşan su anbarında avarçəkmə üzrə "Prezident Kuboku-2025" beynəlxalq reqatasının açılış mərasimi keçirilib.
Bu gün həmçinin 200 metr məsafəyə yarışlar təşkil olunacaq. Mayın 1-2-də isə reqata Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam etdiriləcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı