Fərid Qayıbov beynəlxalq yarışlarda fərqlənən idmançılar və məşqçilərlə görüşüb
06 fevral 2025 1231
Gənclər və idman naziri Fərid Qayıbov 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar aylarında ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.
Milli Gimnastika Arenasında baş tutan görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.
Tədbirin əvvəlində bir sıra idman mütəxəssisləri təltif edilib. Ardınca F.Qayıbov idmançıları salamlayıb və onları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib. Sonra Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.
Ağırlıqqaldırma, atletika, bədii gimnastika, batut gimnastikası, qadın idman gimnastikası, üzgüçülük, taekvondo, kəmər güləşi, qazaq güləşi, alpaqut, kikboksinq, kapoeyra, MMA idman növləri üzrə idmançılar çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.
Tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak edib.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı