Fərid Qayıbov FIBA-nın baş katibi Andreas Zaqklisi qəbul edib
25 aprel 2025 618
Aprelin 25-də gənclər və idman naziri Fərid Qayıbov FIBA-nın baş katibi Andreas Zaqklisi qəbul edib.
Görüş zamanı Azərbaycanda basketbolun inkişafı, FIBA ilə mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda, birgə təşəbbüslərin həyata keçirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti Fərrux Mahmudov və İdman direktoru Turqay Zeytingöz, FIBA 3x3 basketbol yarışları üzrə menecer Yovana Vukoye da iştirak ediblər.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı