Fərid Qayıbov: III MDB oyunlarının gedişatından razıyıq
02 oktyabr 2025 - 17:41 669
III MDB oyunlarının gedişatından razıyıq. İdmançılarımız uğurla çıxış edirlər.
Bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Xankəndidə jurnalistlərə açıqlamasında deyib.
“Təşkilatçı ölkə kimi bizim üzərimizə ikiqat məsuliyyət düşür: həm oyunları təşkil etmək, həm də nəticə göstərmək. Biz bunun üçün hər bir federasiya ilə çalışmışıq. Müxtəlif təlim-məşq toplanışları olub. İdmançılar daha çox yarışda iştirak ediblər ki, doğma divarlar arasında uğurla çıxış etsinlər. Bundan əvvəlki oyunlarda sıralamada dördüncü olmuşduq. Hazırda isə ikinci yerdə gedirik. Çox qürurluyuq”, - deyə nazir bildirib.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı