Fərid Qayıbov Qubada idman festivalının iştirakçıları ilə görüşüb
18 noyabr 2023 666
Qubada keçirilən "İdman festivalı-2023" davam edir.
Festivalın ikinci günündə də idmançılar üçün əyləncəli-maarifləndirici tədbirlər təşkil olunub. Müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı və digər fəaliyyətlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Günün ikinci yarısında isə gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində tonqal ətrafında festival iştirakçıları ilə görüşüb. İdmançılarla səmimi söhbət edən nazir onlarla yaxından tanış olub və suallarını cavablandırıb. Görüşdə nazir müavini Mariana Vasileva, Vətən müharibəsi iştirakçıları, qazilər və hərbçilər də iştirak ediblər.
Festivalda hərbçilərin maraqlı nümayişi baş tutub.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı