Xəbərlər

Fevralın 10-11-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində bir sıra idman mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb

11 fevral 2023 325

Yardımlı Olimpiya İdman Kompleksinin mövcud vəziyyəti ilə tanış olan nazir buradakı şərait və idman bölmələrinin təşkili barədə mütəxəssislərlə fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib. İdmançıların məşq prosesini izləyən Fərid Qayıbov onlarla söhbət edib. Masallı şəhərində ağır atletika zalına və rayonun Boradigah qəsəbəsində idman zalına da baxış olub. Fərid Qayıbov Boradigah idman zalının mövcud şəraiti ilə maraqlanıb, idmançılarla söhbət edib.

Fevralın 11-də nazir Fərid Qayıbov Lerik Rayonu İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovla birlikdə Lerik şəhər stadionuna baxış keçirib. Gələcəkdə stadionun şəraitinin yaxşılaşdırılması barədə fikir mübadiləsi aparılıb. 

Sonra nazir Fərid Qayıbov rayonun Piran kəndində ağır atletika zalının fəaliyyəti ilə maraqlanıb. Burada nazir müavini Mariana Vasileva, rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, millət vəkili İqbal Məmmədov, eləcə də Gənclər və İdman Nazirliyinin və Azərbaycan Ağır Atletika Federasiyasının nümayəndələri ilə birlikdə müzakirə aparıb, uşaqların məşqini izləyib.