FİNALIN ADI: Durarbəyli-Əsədli
24 yanvar 2023 1044
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinal başa çatıb.
İkinci yarımfinal görüşlərində Vasif Durarbəyli Eltac Səfərli ilə heç-heçə oynamaqla adını finala yazdırıb. İki görüşdən 1,5-0,5 hesabı ilə qələbə qazanan Vasif Durarbəyli həlledici görüşə vəsiqə qazanıb.
Vüqar Əsədli isə ikinci görüşdə də Məhəmməd Muradlıya qalib gəlməklə çempionluq uğrunda final oyununda iştirak hüququ qazanıbb.
Final yanvarın 26 və 27-də oynanılacaq. İki görüşdən sonra qalib olmasa finalçılar arasında tay-brek oynanılacaq.
Eltac Səfərli və Məhəmməd Muradlı 3-cü yer uğrunda mübarizə aparacaq.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı