Fiqurlu konkisürənimiz Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır
10 fevral 2026 - 10:38 12983
İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün bir neçə növ üzrə yarışlar keçiriləcək.
Xatırladaq ki, təmsilçilərimizdən Vladimir Litvintsev bu gün fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək.
Milan şəhərində yerləşən "Mediolanum Forum" arenasında təşkil olunacaq yarışlar saat 18:30-da (Bakı vaxtı ilə 21:30) başlayacaq.
Bu gün həmçinin dağ xizəyi, biatlon, xizəksürmə, körlinq, fiqurlu konkisürmə, sərbəst üslubda xizəksürmə, hokkey, kirşə, xizək ikinövçülüyü, qısa proqramda sürətli konkisürmə, skeleton, xizəklə tramplindən tullanma üzrə yarışlar keçiriləcək.
Qeyd edək ki, Vladimir Litvintsev fevralın 13-də sərbəst proqramda, Kortina Ampetso şəhərində isə idmançımız Anastasiya Papatoma dağ xizəyi üzrə yarışlarda fevralın 18-də öz qüvvəsini sınayacaq.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Çingiz Hüseynzadə: ""Qarabağ"ın və milli komandanın uğurları sevindiricidir"
AFFA-nın XXXIV Hesabat Konfransı başlayıb.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, ... Ətraflı
AFFA-nın XXXIV Hesabat Konfransı keçirilib
Bu gün AFFA-nın XXXIV Hesabat Konfransı keçirilib.
Tədbirdə Milli Olimpiya Komitəsinin ... Ətraflı