Firdovsi Umudov: "Zəfər günündə ilk medalı qazanmağımız hər birimizi ürəkdən sevindirir"
08 noyabr 2025 - 16:37 572
"VI İslam Həmrəyliyi Oyunlarının ilk medalı Nuray Əbilovadan gəldi. Bu bizim üçün sevindirici məqamdır".
Bu sözləri Olympic.az-a müsahibəsində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Nuray Əbilovanın uğurlu çıxışı barədə danışarkən deyib.
O, Zəfər günündə əldə edilən medalın əhəmiyyətini yüksək qiymətləndirib.
"Nurayın 15 yaşı var. Onu gələcəyi qarşıdadır. Belə bir böyük yarışda uğur qazanmaq gözəl nəticədir. Zəfər günündə ilk medalı qazanmağımız hər birimizi ürəkdən sevindirir. Ümid edirəm ki, qarşıdakı günlərdə komandamızın medallarının davamı gələcək. Ağırlıqqaldırma yarışlarında digər 8 çəki dərəcəsində çıxış edəcək idmançılarımızdan da medallar gözləyirik", - deyə Firdovsi Umudov bildirib.
Qeyd edək ki, bu gün ağırlıqqaldıranımız Nuray Əbilova (48 kq) VI İslam Həmrəyliyi oyunlarında 3 bürünc medal qazanıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı